Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək - FOTO
2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində BMT nümayəndəliyi iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı təkliflər verəcək mütəxəssisləri Azərbaycana dəvət edəcək.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Gender və iqlim fəaliyyəti: qadınlardan qadınlar üçün həll yolları” mövzusunda keçirilən tədbirdə deyib.
“COP29 bu məsələləri işıqlandırmaq üçün ideal platforma olacaq. Gəncləri mübarizəmizə cəlb etmək də vacibdir”, - V.Andreyeva bildirib.
Onun sözlərinə görə, BMT iqlim dəyişikliyi, davamlı inkişaf və gender bərabərliyi ilə bağlı mühüm işlər görür:
“Biz qadınların iqlim dəyişikliyi ilə mübarizədə, bu istiqamətdə layihələrin hazırlanmasında və həyata keçirilməsində daha fəal iştirakını görmək istəyirik”.
Qeyd edək ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Nigar Arpadarai də məruzələrlə çıxış ediblər.
“Hazırda işğaldan azad edilmiş ərazilərdə “ailə mərkəzləri”nin yaradılması üzərində işləyirik. Bu mərkəzlərin yaradılmasında məqsəd ailələrlə, qadınlarla işləməkdir”, - S.Qəhrəmanova qeyd edib.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
Rəylər