Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

COP28 Sədrliyi: “Öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliləyiş əldə edilməlidir” - FOTO
“Ölkələr üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliləyiş əldə etməlidirlər”.
Oxu.Az xəbər verir ki, bu barədə COP28 Sədrliyinin Yer Günü münasibətilə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Yer Gününü qeyd edərkən biz planeti gələcək nəsillər üçün qorumaqdan ötrü kollektiv məsuliyyətimiz haqqında düşünürük. İqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirməklə qiymətli planetimizi qorumaq üçün davamlı gələcəyə yol açırıq. İndi COP28-də götürülmüş öhdəliklər üzrə irəliləyiş əldə etmək və BƏƏ Konsensusunun həyata keçirilməsinə dair dinamikanı saxlamaq vaxtıdır”, - paylaşımda qeyd olunub.
As we celebrate Earth Day, we reflect on our collective responsibility to safeguard our planet for future generations. By taking meaningful climate action, we pave the way toward a sustainable future to preserve our precious planet.
— COP28 UAE (@COP28_UAE) April 22, 2024
Now is the time to drive forward progress on… pic.twitter.com/nDlIGIRAdS
Rəylər