Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elnur Soltanov: “COP29 çərçivəsində etimad mühitinin yaradılması vacibdir”
“Hazırda qalıq yanacaqların istifadəsi və ya ondan imtinası ilə bağlı geniş müzakirələr gedir”.
“Report” xəbər verir ki, bu sözləri energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.
“Bizim əsas vəzifəmiz COP29 çərçivəsində etimad mühiti yaratmaq və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu, bizim üçün çox vacibdir və uğurlu nəticələr gözləyirik”, - deyə Elnur Soltanov bildirib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
- Ceyhun Bayramov Çinin yeni səfirini qəbul edib
- Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: "Müsbət nümunələr əldə etdik"
- Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü