Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nadejda Kokotoviç: “Azərbaycan COP29 çərçivəsində aktual məsələlərin müzakirəsini stimullaşdıra bilər”
15 postsovet ölkəsinin əksəriyyətinin iqtisadiyyatı enerji sektoruna əsaslanır və onlar arasında yalnız Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə layiq görülüb.
Bu barədə “Report”a açıqlamasında Brüssel Enerji Klubunun direktoru Nadejda Kokotoviç bildirib.
Onun sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində aktual məsələlərin müzakirəsinin düzgün istiqamətdə inkişafına təkan verə bilər:
“Görürük ki, ölkələrin həyata keçirdiyi iqlim siyasəti Qərbdə yaşıl keçidə dair maliyyə və tənzimləyici təzyiqlərlə razılaşmayan əhalinin etirazlarına səbəb olur. Bu, açıq şəkildə müzakirə edilməli olan mövzudur”.
Brüssel Enerji Klubunun direktoru ümidvar olduğunu bildirib ki, Azərbaycan yaşıl iqtisadiyyata keçidə imkanı olmayan inkişaf etməkdə olan ölkələri bundan sonra da dəstəkləyəcək.
N.Kokotoviçin fikrincə, COP29-un mühüm mövzusu həm dövlətlərin öz daxilində artan iqtisadi və hüquqi bərabərsizlik, həm də dövlətlərarası səviyyədə bərabərsizlik olmalıdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerjidən istifadə etmək istəyindən danışan direktor belə bir siyasətin ölkənin inkişafının ümumi sosial-iqtisadi istiqamətinə uyğun olduğunu qeyd edib:
“Bundan əlavə, bu, həm də məntiqli addımdır, çünki biz artıq həm Şərqdə, həm də Qərbdə yaşıl olmayan şəhərlərin əhalisi üçün fəlakətli nəticələri görürük”.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Tarixin ikinci Nürnberq prosesi Bakıda olacaq: "Hərbi cinayətkarlar layiqli cəzalarını çəkəcəklər"
- 2024-cü ilin iqtisadi yekunları, 2025-ci ilə olan ümidlər
Rəylər