22 
İyl
2019
12:15
130
39
3887
Virtual karabakh

Bakıda seyfi “laqonda” ilə açdılar - Polis 34 mini aparan oğruları axtarır

22 İyl, 2019
12:15
3887

Bakıda seyfi “laqonda” ilə açdılar - Polis 34 mini aparan oğruları axtarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naməlum şəxslər Bakının Yasamal rayonunda seyfdən iri məbləğdə pul oğurlayıblar.

Cinayət axtarış şöbəsinin əməkdaşları Abbas Mirzə Şərifzadə küçəsində yerləşən avtoservisdə törədilmiş oğurluq hadisəsini araşdırırlar.

Bu barədə Oxu.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər. Cinayətkarlar qapının qıfılını sındıraraq profilaktoriyaya giriblər.

Obyektin sahibi 1944-cü il təvəllüdlü Əliabbas Qasımov polisə şikayətlə müraciət edib. O bildirib ki, cinayətkarlar tikinti aləti – “laqonda” ilə seyfi açıblar.

Cinayətklarlar 160x50 santimetr ölçüsündə olan seyfdən 34 min manat oğurlayıblar. Fakt üzrə şübhəlilər hələ tutulmayıb. 28-ci Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.

Servis işçilərindən birinin oğurluqda iştirak etdiyi güman edilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri