22 
Yan
2020
16:49
65
21
4048
Virtual karabakh

Azərbaycanın keçmiş Baş prokuror müavini yenidən məhkəmə qarşısında

22 Yan, 2020
16:49
4048

Azərbaycanın keçmiş Baş prokuror müavini yenidən məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərov yenidən məhkəmə qarşısına çıxacaq. 

Oxu.Az xəbər verir ki, o, barəsində olan hökmdən narazıdır və kassasiya şikayəti verib. 

Ali Məhkəməyə müraciət edən M.Cəfərov bəraət istəyir. 

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik bəlli deyil. 

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. 

Xatırladaq ki, M.Cəfərov Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri