22 
Yan
2020
16:18
46
62
2841
Virtual karabakh

İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

22 Yan, 2020
16:18
2841

İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun barəsindəki hökmdən prokuror tərəfindən verilən protestə baxılıb. 

Bu barədə Oxu.Az-a vəkil Anar Qasımlı məlumat verib.

O deyib ki, məhkəmə prokurorun protestini təmin etməyib və hüquqlarını müdafiə etdiyi şəxslə bağlı çıxarılan bəraət hökmü qüvvəsində saxlanılıb. 

İttihama görə, N.Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi narkotik vasitəni Polşaya göndərməli imiş.

İstintaq orqanı tərəfindən N.Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abbasova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri