Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

XİN rəhbərlərinin "3+3" formatında növbəti görüşünün məkanı açıqlanıb
Xarici işlər nazirlərinin "3+3" formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən bildirir.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani xatırladıb ki, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclası Tehranda keçirilib.
Xatırladaq ki, "3+3" qrupunun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin - Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu beş ölkənin nazirlərinin iştirakı ilə daha bir görüş 2023-cü ilin oktyabrında İranda keçirilib.
"3+3 formatı" teqi üzrə xəbərlər
- Ermənistan "3+3" görüşünü qəbul etməyə hazır olduğunu açıqlayıb
- Lavrov "3+3" formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini təklif edib
- Rusiya XİN: "Moskva Ankara ilə İrəvan arasında yaxınlaşma səylərini dəstəkləyir"
- Gürcüstan "3+3" platformasına qoşulma məsələsinə aydınlıq gətirdi
- İran səfiri "3+3" formatından danışıb: "Sülhə nail olmaq üçün istifadə edilə bilər"
Ən çox oxunanlar