13 
Apr
2020
01:56
18
221
3175
Virtual karabakh

Abşeronda ata, oğul və qohumu bıçaqlandı

13 Apr, 2020
01:56
3175

Abşeronda ata, oğul və qohumu bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı C.Nəsirlinin və Z.Nəsirlinin döş qəfəslərində, B.Baxşəliyevin isə qarın boşluğunda daxilə nüfuz edən bıçaq yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat edilib.

Onlar qonşuluqda yaşayan şəxs tərəfindən bıçaqlandıqlarını bildiriblər. 

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri