Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağrıdan qıvrılan şəxsə poliklinika əməkdaşları niyə kömək etməyiblər? - AÇIQLAMA
Vətəndaş Abşeronda fəaliyyət göstərən poliklinikadan şikayətçidir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Vətəndaş iddia edib ki, müəssisədə xəstəyə baxacaq həkim yoxdur və xəstənin ağrılar içərisində qalması da qeydiyyat şöbəsində çalışan əməkdaşları narahat etməyib.
Sözügedən videogörüntülərdə baş verənlər barədə ətraflı məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanladıq.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, valideyn övladı Sevinc Şahməmməd qızı Əmirovaya körpələr evi-uşaq bağçasına təqdim etmək üçün ona "Forma-95" lazım olduğunu bildirib.
Bildirilib ki, formanın təqdim edilməsi üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinin sahə həkimi vətəndaşı öncə talon alması üçün Qeydiyyat bölməsinə yönləndirib:
"Müraciət edən vətəndaş növbə sıxlığı ilə əlaqədar isterik vəziyyət yaradıb. Vəziyyəti ilə bağlı terapevt onu müayinə edib, arterial təzyiq ölçülərkən göstəricilər 120/70, nəbz 75 olub, yəni vital funksiyaları qənaətbəxş olub. İlkin tibbi xidmətlər göstərilən vətəndaş daha sonra sahə həkiminə yaxınlaşıb, "Forma-95"lə təmin olunub".
Həmin videogörüntüləri təqdim edirik:
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı
- Respublika Klinik Xəstəxanasının təmirə bağlanan şöbələri necə fəaliyyət göstərəcək?
- Vüqar Qurbanov: "Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil"
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Vüqar Qurbanov: "Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb"
Rəylər