Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis pilot Əhməd İzgi DANIŞDI
"Hava nəqliyyatlarında yaş məsələsi düşündüyümüz qədər vacib məsələ deyil. Texniki məsələlərə riayət olunduğu təqdirdə, illər o qədər də önəmli deyil. Bu hadisədə də faciənin əsas səbəbi düşünürəm ki, əlverişsiz hava şəraitidir".
Bunu "Haber Global"a açıqlamasında türkiyəli mütəxəssis, mühəndis pilot Ahmet İzgi bildirib.
O, helikopterin raketlə vurulması versiyasını istisna edib:
"Helikopterin bütün hissələri qəza yerində çox dar bir ərazidə mövcuddur. Əgər bu helikopter hər hansı bir raketlə havada partlasaydı, qalıqlar bir neçə yüz metr diametrə səpələnmiş olardı", - deyə o izah edib.
Mütəxəssis təyyarənin izinin onun yamacda sürtündüyünü göstərdiyini vurğulayıb.
Ahmet İzgi qeyd edib ki, helikopter uçuş zamanı qəfildən sisə düşüb, pilot oriyentasiyanı itirib, nəticədə pərlər ağaca çırpılıb və qəza baş verib.
Ətraflı süjetdə:
Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.
"Rəisinin düşdüyü helikopter qəzası" teqi üzrə xəbərlər
- İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlanıb
- İran prezidentinin helikopter qəzası: İddialar təkzib olundu
- İranda Rəisinin ölümündən danışmaq qadağandır?
- İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu
- İranda prezident seçkisində qalib gələn Məsud Pezeşkian ilk çıxışını etdi
Rəylər