Dek
2023
18:18
8
101
1557
Virtual karabakh

Ağdaş sakini qətlə yetirilib, qonşusu saxlanılıb - VİDEO

7 Dek, 2023
18:18
1557

Ağdaş sakini qətlə yetirilib, qonşusu saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 7-də saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri