Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

VAZ əvvəlcə ağaca, sonra yük maşınına çırpıldı - Ölən var
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində VAZ-2104 markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.
Avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Ceyhun Vəli oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
"Ağdaş" teqi üzrə xəbərlər
Ən çox oxunanlar