Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi
Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.
Oxu.Az xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri, bir ailənin üzvləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı dəm qazından zəhərləniblər.
Digər zəhərlənmə faktı Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin hadisə zamanı 1955-ci il təvəllüdlü M.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
"Gədəbəy" teqi üzrə xəbərlər
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
- Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
- Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
- Daşkəsən, Gədəbəy və Göygöldə dolu fəsadlar törədib