Mar
2024
11:00
7
40
1056
Virtual karabakh

Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

1 Mar, 2024
11:00
1056

Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri