17 
Avq
2018
13:45
115
25
9851
Virtual karabakh

Maqomayevin taleyinin qaranlıq məqamları - FOTO/VİDEO

17 Avq, 2018
13:45
9851

Maqomayevin taleyinin qaranlıq məqamları - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 avqustda onun 76 yaşı tamam ola bilərdi, lakin 10 il öncə həyata gözlərini əbədi yumdu.

Söhbət Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevdən gedir.

O, insanlar arasında inanılmaz dərəcədə populyarlıq qazanmışdı və xalq ona inanırdı. Xalq hesab edirdi ki, Maqomayev hakimiyyətin sevimliləri sırasındadır. Ancaq onlar bilmirdi ki, Müslümü qastrollara həvəssiz buraxırlar. 

Maqomayevin ailəsində, demək olar ki, hamı incəsənətlə məşğul idi. Babası bəstəkar, atası teatr rəssamı, anası isə aktrisa idi. Onun istedadının fərqinə varan valideynləri Müslümün diqqətini musiqiyə yönəltməsinə təkan verdilər. 

Bir müddət sonra Müslümün atası müharibədə həlak oldu və anası ikinci dəfə ərə getdi. Müslüm isə əmisi Camalın ailəsində böyüdü.

1959-cu ildə Bakı Musiqi Məktəbini bitirən Maqomayev dənizçilərin mədəniyyət evlərində səhnəyə çıxmağa başladı.

Onun musiqi karyerası sürətlə inkişaf edirdi və uğurla davam edirdi.

1962-ci ildə Helsinkidə gənclərin və tələbələrin Ümumdünya festivalında qızıl medalla mükafatlandırılır. Həmin il o, Kreml sarayında uğurla çıxış edir və 1963-cü ildə ilk solo konsertini verir.

Maqomayev Azərbaycan Opera və Balet Teatrı solisti olur və 1964-cü ildə teatr tərəfindən “La skala” teatrına iki illik təcrübə toplamağa göndərilir. 

Müslüm 31 yaşında SSRİ Xalq artisti adını alır və fəxri ada layiq görülmüş ən gənc müğənni olur.

Maqomayevin opera səhnəsindən ayrılıb, estradaya keçməsini bəzi bədxahlar qısqanclıqla qarşılayırdı. Ona görə şayiə yaymışdılar ki, Müslümün operadan getməsinə səbəb onun səsinin zəifləməsidir.

Bu şayiələr müğənniyə çox pis təsir edirdi. Ona görə 10 illik fasilədən sonra yenidən opera səhnəsinə qayıtdı.

Maqomayev “Sevilya bərbəri” tamaşasında oynayaraq opera karyerasına son verdi. 

“Hiss etdim ki, böyük opera müğənnisi olmayacağam. Mənə görə kənddə birinci adam olmaq, şəhərdə sonuncu adam olmaqdan daha yaxşıdır”, - deyə Maqomayev bildirirdi.

Onun məşhurluğu heyrətləndirici idi. Fanatları sadəcə müğənnini deyil, onun maşınını da əlləri ilə daşıyırdılar. Hansı ki, bir dəfə bunu müğənni konsertdən çıxandan sonra etmişdilər. Onlar Maqomayevin avtomobilini mehmanxanayadək əllərində daşımışdılar. 

Deyirdilər ki, əgər o, dəstəklənsəydi, Frenk Sinatra kimi məşhur olacaqdı. Ən maraqlısı isə bu idi ki, onda bu imkan var idi. 1960-cı ildə Parisdə “Olimpiya” konsert salonunun direktoru ona müqavilə bağlamağı təklif etsə də, SSRİ Mədəniyyət Nazirliyi qəti rədd cavabı verdi.

Müğənni hökumət konsertlərinə cəlb edilir və uzun müddət ölkədən çıxa bilmir. Onu qastrol konsertlərinə tez-tez dəvət etsələr də, nazirlik buna icazə vermirdi. Onlar konserti təklif edən təşkilatçılara elə qiymət deyirdilər ki, təşkilatçılar təkliflərini geri çəkirdilər. Maqomayev belə məktubları tez-tez alırdı və bilirdi ki, onlarla xaricdə konsert vermə imkanını qaçırır.

Hesab edilirdi ki, Maqomayev hakimiyyət tərəfindən sevilir – Brejnyev onu sevir, Furtsev dəstəkləyir. Ancaq hava görünən kimi, açıq deyildi. Onu xarici qastrollara ona görə buraxmırdılar ki, gedib vətənə geri qayıtmaz. Müslümün xaricdə qohumları var idi ki, onun SSRİ-dən qaçışını təmin edə bilərdi, lakin, özü bunu istəmirdi. 

1960-cı illərin sonunda Maqomayevə Rostov artistlərinə kömək etməyi xahiş etdilər – onlar acınacaqlı vəziyyətdə idi, çünki Rostov Flarmoniyası gəlir əldə edə bilmirdi. Onlar müğənnini stadionda konsert vermək üçün üçqat məvacib qarşılığında Rostova dəvət etdilər. Konsertin gəliri flarmoniyanın bütün zərərlərini qarşıladı.

Ancaq Müslüm tamahkarlıqda günahlandırıldı. Bildirilir ki, Müslüm həddindən çox qonorar alıb. Nəticədə, Maqomayevə Azərbaycandan kənarda konsert verməyə qadağa qoydular, radio və televiziyaya çıxışına icazə vermədilər.

Yalnız yarım il sonra Andropovun şəxsi müdaxiləsindən sonra onun hüquqları geri qaytarıldı. Andropov isə bunda ona görə maraqlı idi ki, Müslümün Dövlət Təhlükəsizlik Komitəsinin yubileyində çıxış etməsini istəyirdi. Buna görə də onun üzərindən qadağanı götürdü.

Müslümün tamahkarlıqda ittiham olunması mənasız idi. Ona görə ki, heç bir pul Müslümün çıxışları üçün stimul deyildi. Öz toyunda pərəstişkarları üçün soyuq havada iki saat oxumuşdu və iki ay bronxitdən əziyyət çəkmişdi. Konsertinə bilet tapa bilməyənlər üçün hotelin eyvanında belə oxuyurdu. Tamaşaçı ona sitayiş edirdi.

Ömrünün son illərində tez-tez xəstələnən Maqomayevin ürəyində problem yaranmışdı. 25 oktyabr 2008-ci ildə isə o, vəfat etdi.

Müslüm Maqomayev yaradıcılığı boyunca 600-dən çox mahnı ifa edib və 20 bəstə yazıb. O, dəfələrlə tamaşaçıya Xalq artisti adına layiq olduğunu sübut edib.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri