İyl
2023
15:30
87
85
1667
Virtual karabakh

Çingiz Mustafayev bakılıları musiqili meditasiya gecəsinə dəvət edir - VİDEO

5 İyl, 2023
15:30
1667

Çingiz Mustafayev bakılıları musiqili meditasiya gecəsinə dəvət edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı müğənni Çingiz Mustafayev sentyabrın 16-da Yaşıl Teatrın səhnəsində çıxış edəcək.

Bu barədə sənətçi özünün “Instagram” səhifəsində paylaşım edib.

Çingiz Mustafayevlə möhtəşəm meditasiya gecəsində sizi özündə elektron və etnik elementləri birləşdirən sufi motivləri əsasında yaranan musiqi cərəyanı gözləyir.

Müğənni ötən ili Bali adasında keçirib, burada özünəməxsus proqram, yeni musiqi istiqaməti yaradıb və bunları tamaşaçılara təqdim etmək niyyətindədir.

Qeyd edək ki, bu gün dünyada bu cərəyan trenddədir. Azərbaycanlı ifaçı bu janrın Azərbaycanda azsaylı nümayəndələrindən biri oldu.

Xatırladaq ki, Çingiz Mustafayev 2007-ci ildə “Yeni Ulduz” müsabiqəsinin qalibi, 2013-cü ildə Yurmalada “Yeni dalğa”, 2016-cı ildə “Ukraynanın səsi”, “Yeni dalğa”nın finalçısı olub. 2019-cu ildə Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib.

Ç.Mustafayevin konsertinə biletləri “iTicket”in internet saytından və ya şəhərin bütün kassalarından əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri