Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı olaraq, dəstək olmaq istəyənlərin nəzərinə:
“AccessBank” Türkiyəyə yardım məqsədli köçürmələr üzrə komissiya xərclərini üzərinə götürüb.
Azərbaycandan Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesablarına edilən bütün köçürmələr komissiyadan azad olunub.
Qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunub.