Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Aral Group" tərəfindən Antalyada inşa olunan "Viva Kundu" layihəsinin təqdimatı olub
14 iyun tarixində inşaatçısı "Aral Group" olan "Viva Kundu Antalya" layihəsinin "Four Seasons Hotel"də təqdimat mərasimi baş tutub. Təqdimat günündə "Aral Group" şirkətinin İdarə Heyətinin sədri Ahmet Çetin, "Aderan Global" şirkətinin İdarə Heyətinin sədri Ahmet Rifat, media nümayəndələri, investorlar, memarlar, yerli və xarici sahə ekspertləri iştirak edib proyekt haqqında fikirlərini bölüşüblər.
Son illərin statistikasına əsasən Türkiyənin daşınmaz əmlak sektoruna xarici vətəndaşlar tərəfindən maraqda müsbət dəyişiklik var. Belə ki, Türkiyədə xarici vətəndaşların ev alışlarının hal-hazırda 35%-i İstanbul, 35%-i Antalya və qalan hissəsi isə digər bölgələrin payına düşür. Bu isə investorlar üçün yüksək icarə gəliri və kapital artımı deməkdir. Həmçinin, mənzil alan əcnəbilər və ailələri rahatlıqla vətəndaşlıq və ya yaşayış üçün icazə əldə edə bilmələri üçün sadə şərtlər təqdim olunur.
Premium "Viva Kundu" yaşayış kompleksinin landşaft arxitekturasında Antalyanın zəngin bitki müxtəlifliyi və təbiətinin teksturasını göstərmək əsas ilham mənbəyi olub. Buna uyğun olaraq "Viva Kundu" təbiətə uyğunlaşmış dayanıqlı arxitekturası, dupleks, bağçalı və terraslı ikiotaqlı studiyadan dördotaqlı mənzillərə qədər 49,80 kvadratmetrdən 375,40 kvadratmetrə qədər sahələr, beşulduzlu hotellərin təklif etdiyi xoş atmosfer ilə sizə Aralıq dənizinin təkrarolunmaz gözəlliyini təqdim edir.
Geniş sahəyə malik olan "Viva Kundu" ümumi sahələrin funksionallığına diqqət yetirir, belə ki ərazinin 60%-i sakinlərin istirahəti üçün müxtəlif komfortlu şəraitlər yaradılır. Beşulduzlu hotel konseptini "Viva Kundu"da hiss edəsiniz deyə layihədə böyüklər üçün açıq və cakuzili hovuz, uşaqlar üçün su əyləncə atraksionları ilə hovuz, günəş şüalarını qəbul etmək üçün xüsusi ayrılmış ərazilər və şezlonqlar, uşaq oyun meydançaları, fitnes mərkəzi, kafe, restoran, istirahət üçün ərazilər, hovuz barı, açıq havada kinoteatr, iclas zalı, dəniz mənzərəsi və digər üstünlüklər mövcuddur. Bu üstünlüklər ilə yanaşı "Viva Kundu Antalya"nın ən bahalı ərazilərindən biri olan "Lara" ilə "Belek" hotellər bölgəsi istiqamətində yerləşən Kundu yolunun yaxınlığında, Kundu beşulduzlu hotelləri bölgəsi ətrafında yerləşib.
Eksteryeri modern dizayn edilmiş "Viva Kundu" müasir standartlara cavab verən memarlıq detallarını təmin edərək həm estetik cazibədarlıq, həm də funksional yaşayış sahələri təklif edir. Layihənin hərtərəfli şəraiti və "Land of Legends Theme Park", "Shopping Avenue" və "Sandland" kimi əyləncə, "Mall of Antalya", nəhəng "Terracity" kimi ticarət mərkəzləri, Antalya Beynəlxalq Hava Limanı, Belek bölgəsinin premium qolf sahələri, lisey və məktəb kimi mühüm yerlərin yaxınlığında strateji yerləşməsi onu arzuolunan investisiya fürsətinə çevirir.
Qeyd etmək istəyirik ki, 24 iyun tarixindən etibarən "Viva Kundu" layihəsi və satış şərtləri haqqında ətraflı məlumat əldə etmək üçün Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 802-803 məhəlləsi, ev 30 F ünvanında yerləşən satış ofisimizə yaxınlaşa və ya *2442 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
"Aral Group" haqqında:
1991-ci ildə Türkiyədə əsası qoyulan "Aral Group" Azərbaycanda paytaxtda və paytaxtdan kənar ərazilərdə tanınmış layihələrə imza qoymuşdur. Ölkəmizdə şəhərlərin böyüməsi və təmir-tikinti xidmətlərinə tələbatın artması fonunda "Aral Group" sürətlə inkişaf edib və öz fəaliyyət istiqamətlərini genişləndirib. Xüsusilə vurğulamaq lazımdır ki, Bakının mərkəz hissəsində inşa edilərək sakinlərin xidmətinə verilən "Roseville Premium Residence" yaşayış kompleksi şirkətimizin paytaxta bəxş etdiyi töhfələrdən sadəcə biridir. "Greenville Residence", "Star Life Residence", "Bağça Şəhər", "Mirvari City", "Aral Plaza" kimi unikal tikililəri birləşdirən portfeli ilə şirkət avtomobil sektoruna da daxil olaraq "Volvo" və "Suzuki" brendlərinin rəsmi dilerinə çevrilib.
"Aderan Global" haqqında:
30 ildən artıq sektor təcrübəsi və maliyyə gücü ilə "Aderan Global" daşınmaz əmlakın inkişafından tutmuş turizm, tikinti, enerji və təhsilə qədər bir çox sahədə ixtisaslı, innovativ, etibarlı, yüksək həyat və investisiya dəyəri olan orijinal layihələrin memarı kimi tanınır. "La Mare Lara", "Palma Residence", "Kundu Kanyon", "The Manor Belek", "Sorgun Kanyon", "Arasta", "Citynest", "Harmoni", "Meidan Plaza", "Bahçeşehir Kolleci", "Liu Resorts" və tezliklə 440 000 m² tikinti sahəsi olacaq qarışıq Luviya və Bodrum hotel layihələri həyata keçiriləcək.