Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Araz” supermarketlər şəbəkəsi ötən il 5 minə yaxın gənci işlə təmin edib
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi gənclərin məşğulluğunu təmin edən və əmək bazarına peşəkar kadrlar yetişdirən böyük işəgötürəndir. Şirkət uzun müddət təcrübəsi olan peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan gənclərə də iş imkanları yaradır. Təkcə ötən il “Araz” supermarketlər şəbəkəsi tərəfindən 5 minə yaxın gənc işlə təmin edilib. Hazırda “Araz”da çalışanların 50%-dən çoxunu gənclər təşkil edir. Onların əksəriyyəti iş təcrübəsi olmadan işə başlayan və burada öz fəaliyyətini uğurla davam etdirən gənclərdir.
İnsan kapitalına yatırım
“Araz”da əmək fəaliyyətinə başlayan gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. Eyni zamanda əməkdaşların peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb tətbiq edilir. Bunun nəticəsidir ki, əmək fəaliyyətinə aşağı vəzifələrdən işə başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. Hazırda “Araz”da 300-ə yaxın gənc mütəxəssis heyətində təmsil olunur. Rəhbər vəzifələrdə çalışanların isə 20%-i gənclərdən ibarətdir.
Əmək bazarına peşəkar kadrların hazırlanması
“Araz” həmçinin Dövlət Məşğulluq Agentliyinin (DMA) gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələrdə də yaxından iştirak edir. Birgə layihələr çərçivəsində işsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, daha sonra “Araz” supermarketlər şəbəkəsində müxtəlif vakansiyalar üzrə işlə təmin edilirlər. Belə layihələrdən biri də “Peşə hazırlığına dəstək”dir. “Bakı Peşə Hazırlıq Mərkəzi” və “Araz”ın birgə layihəsi çərçivəsində satıcı və kassir peşəsi üzrə həm nəzəri, həm də praktiki təlimlər keçirilir.
Bununla da “Araz” supermarketlər şəbəkəsi nəzəri biliklərə malik olan gənclərə bu bilikləri təcrübədə tətbiq etmək imkanı yaradaraq müasir əmək bazarının tələblərinə uyğun insan kapitalı - kadrlar yetişdirir.
Rəylər