Türkiyənin Suriyada terror dəhlizinin yaranmasının qarşısını almaq üçün 2019-cu ildə başladığı “Sülh pınarı əməliyyatı”ndan narahat olan Kanada Azərbaycan Ordusunun ermənilərə qarşı türk PUA-larından istifadə etməsi səbəbindən 2020-ci ildə yenidən Türkiyəyə embarqo tətbiq edib. Qarabağdakı silahlı dəstələr “Wescam”ın PUA-larda istifadə etdiyi elektrik-optik və infraqırmızı kamera sistemlərinin satışını dayandırıb. Bu vəziyyət Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın və müstəqilliyin daha da möhkəmlənməsinə imkan yaradıb.
Bu embarqodan sonra Türkiyə ASELSAN tərəfindən hazırlanmış CATS Elektrik-Optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemi üzərində işləri sürətləndirib. CATS layihəsi Türkiyənin milli müdafiə sənayesi irəlilədikcə diqqət çəkən bir layihəyə çevrildi və dizayn və inkişaf işləri sürətlə davam edib. 2020-ci ildə başlayan fədakar mühəndislik tədqiqatları qısa müddətdə CATS sistemi mükəmməl şəkildə prosesdə göstərilən qətiyyət və orijinal həllər ilə uğurla tamamlanıb və 2021-ci ildən etibarən CATS sisteminin kütləvi istehsalına başlanılıb.
CATS-in kütləvi istehsala Türkiyənin təhlükəsizliyi üçün çox vacib olub. Siyasi səbəblərdən Türkiyəyə tətbiq edilən embarqolarla başlayan bu proses Türkiyənin texnoloji infrastrukturunu gücləndirən və müdafiə sənayesində yerli istedadları artıran mühüm mərhələ olub. Türkiyənin müdafiə sənayesinin inkişaf etməsi dost ölkələrinin də müdafiə sənayesinə təkan verib. Bu əməkdaşlıq sayəsində ASELSAN yerli və unikal müdafiə texnologiyalarını inkişaf etdirməyə və qlobal miqyasda digər şirkətlərlə də rəqabətə başlayıb. CATS layihəsi ilə başlayan bu proses ASELSAN-ın dünya bazarında lider olacaq məhsul inkişaf fəaliyyətlərinin başlanğıcı olub.
ASELSAN şirkəti CATS sistemi vasitəsilə əldə edilən təcrübə və texnoloji imkanları nəzərə alaraq, qlobal bazarda lider olacaq üstün performansa sahib “ASELFLIR-500”ü inkişaf etdirməyi hədəfləyir. “ASELFLIR-500” kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdırıla bilər. Yüksək performanslı kamerası ilə istifadəçiyə lazımi müşahidələrin, kəşfiyyat işlərinin aparılmasında üstün bacarıqlar verir. Çəkisi 57 kq olan “ASELFLIR-500” 25 kilometrə qədər mənzildə lazer ilə məsafə ölçmək imkanı və 360 dərəcə bucaq altında fırlanma qabiliyyəti təmin edir.
İnkişaf işlərinə 2021-ci ildə başlanan “ASELFLIR-500” qısa müddətdə mühüm irəliləyiş əldə edərək, 2023-cü ilin mart ayında ilk uçuşunu uğurla həyata keçirib. “ASELFLIR-500”ün sürətli və uğurlu inkişaf prosesi ötən həftələrdə platforma istehsalçısının obyektlərində eyni yüksəklik və hava şəraitində eyni vaxtda iki təyyarədə rəqibləri ilə həyata keçirilən sınaqlarda böyük uğur qazanıb. Bu sınaqlarda “ASELFLIR-500”ün platforma istehsalçısı tərəfindən bildirildiyi kimi rəqib sistemlərlə müqayisədə üstün performans nümayiş etdirdiyi aydın şəkildə görüldü. Yüksək ayırdetmə qabiliyyətinə malik sensorlar, geniş ümumi diafraqm və yüksək dəqiqlikli stabilizasiya xüsusiyyətləri sayəsində Termal və “SWIR” görüntü kanallarında əldə edilən təsvirlərin aydınlığı və keyfiyyəti rəqiblərini üstələyib.
Bu nailiyyətlər Türkiyə və Azərbaycanın müdafiə sahəsində müstəqilliyinin artırılması və təhlükəsizlik maraqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Texnoloji inkişaflar hər iki ölkəyə regional təhlükəsizlik məsələlərində daha effektiv və müstəqil fəaliyyət göstərməyə imkan verəcək. “ASELFLIR-500” iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə möhkəm mövqe tutmasına və regional təhlükəsizliyin təmin edilməsinə yönəlib. Onu da qeyd edək ki, ASELSAN texnalogiyasından 2020-ci ildə Vətən müharibəsində istifadə olunub və düşmənə sarsıdıcı zərbələr endirilib.
Rəylər