“100% Öz Fermamızın Südü” konsepti ilə bazarda mövqeyini möhkəmləndirməyə nail olmuş “Atena” markası “Atena Group” şirkəti adı altında öz fəaliyyət ünvanını dəyişib.
Şirkət iyunun 1-dən etibarən əməkdaşlarının rahatlığını təmin etmək və iş effektivliyini artırmaq məqsədilə beş günlük iş rejiminə keçib. O cümlədən biznes mühitinə daha da yaxın olması üçün yeni ünvanda, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25D ünvanında fəaliyyətini davam etdirir.
Yeni ofisdə şirkət rəhbərliyi, maliyyə, mühasibatlıq, satınalma, insan resursları, kommersiya və başqa departamentlər də daxil olmaqla, şirkətin bütün struktur bölmələri yerləşir.
“Atena Group” şirkəti ilə fərdi və ya korporativ şəkildə əməkdaşlıq etmək istəyənlər (012) 404 99 88 telefon nömrəsinə zəng etməklə və ya info@atenagroup.az elektron ünvanı vasitəsi ilə öz təkliflərini irəli sürə bilərlər.
Qeyd edək ki, yeddi ildir insanlara təbii süd və süd məhsulları təklif edən “Atena” markası bazarda 55 növ fərqli məhsul çeşidi ilə seçilir. Gündəlik 250 ton çiy süd istehsal etmək gücünə malik olan avtomatlaşdırılmış müəssisə öz müştərilərini qatqısız və ekoloji təmiz məhsullarla təmin edir.