25 ildən çoxdur ki, daha yaxşısı üçün çalışan, “Mercedes-Benz” markasının Azərbaycanda ilk rəsmi dileri olan “Autostar Kaukasus” Azərbaycana eksklüziv rəngdə “Mercedes–Maybach GLS600” modelini gətirib. Qeyd olunan modelin bu rəngi ölkəmizə ilk dəfədir gətirilib.
“Mercedes–Maybach GLS600” təsirli eksteryer dizaynı və yüksək səviyyəli cəlbedici interyeri ilə ən yaxşı yolsuzluq avtomobili təcrübəsini təcəssüm etdirir.
Kuzovun iki rəngdə boyanması ənənəvi olaraq premium sinfinə aid lüks avtomobillərin əsas fərqləndirici xüsusiyyəti olmuşdur.
Yalnız bir “Mercedes-Maybach” bu cür lüks təklif edir.
“Autostar Kaukasus” sifarişlərin qəbulunu davam etdirir. Müraciət edərək, avtomobili sifariş edə bilərsiniz.
Əlaqə nömrəsi: 976; (+99412) 496 50 50, (+99412) 496 51 31
Ünvan: Babək pr, 1145