Azərbaycan avtomobil bazarında qabaqcıl şirkətlərdən biri olan “SR Group Co” MMC rəsmi olaraq yeni avtomobil brendini ölkəmizə təqdim edib.
04.03.2024 tarixində “JW Marriott Absheron Baku” hotelində “Lynk & Co” brendinin Azərbaycanda möhtəşəm rəsmi təqdimat mərasimi baş tutub. Hazırda ölkəmizdə brendin “Lynk & Co 01”, “Lynk & Co 03”, “Lynk & Co 05” və “Lynk & Co 09” modelləri təqdim olunub.
Premium seqmentə məxsus, “Mobilliyi sonsuzadək dəyişdirmək” missiyası ilə fəaliyyətə başlayan “Lynk & Co”, innovativ dizayn, qabaqcıl texnologiya və dinamik yeni enerji ilə avtomobil mükəmməlliyini yenidən müəyyənləşdirir.
“Geely Holding Group”, “Geely Auto Group” və “Volvo Cars” tərəfindən qurulan “Lynk & Co” şirkəti 2016-cı ildə Almaniyanın Berlin şəhərində yaradılmış yeni qlobal Premium brenddir. “Lynk & Co” insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq platforma yaratmağa çalışan yeni nəsil avtomobil həvəskarları üçün yaradılıb.
“Azərbaycan avtomobil bazarına yeni nəfəs qatacaq “Lynk & Co” avtomobillərinin, ölkəmizdə innovativ xüsusiyyətləri ilə seçilən geniş çeşidli modellərini təqdim etməkdən qürur duyuruq. “Lynk & Co” brendi müasir dizaynı və müştəri təcrübəsinə yönəlmiş unikal yanaşması ilə bütün Avropada tanınır. “Lynk & Co” yeni nəsil avtomobil həvəskarları üçün ən tələbkar ehtiyacları qarşılayacaq və gündəlik həyatlarında etibarlı tərəfdaş olacağına inanırıq. Ümid edirik ki, yeni brend qısa zamanda ərzində hamı tərəfindən seviləcək”, - deyə “SR GroupCo” MMC-nin Avtomobil sektorunun rəhbəri Toğrul Paşayev bildirib.
Qeyd edək, rəsmi istehsalçı tərəfindən avtomobillərə 5 il və ya 150 000 km, hibrid sisteminə isə 8 il və ya 200 000 km zəmanət təqdim edir. Bu da qeyd olunan modelləri uzun müddət rahatlıqla idarə etməyə imkan verəcək. Avtomobilləri 10%-dan başlayan ilkin ödənişlə, sərfəli daxili kredit və bank şərtləri ilə əldə etmək mümkündür.
2023-cü ilin noyabr ayından etibarən brend, istifadəçilərə 1 000 000-dən çox avtomobil təqdim edərək bir sıra avtomobil markaları arasında böyümə rekordlarına imza atıb. “Lynk & Co”, Hollandiya, İsveç, Belçika, Almaniya, İtaliya və İspaniyada 11 daimi “Lynk & Co” klubu ilə Avropada genişlənməsini davam etdirir. 2021-ci ildə marka Küveytdən başlayaraq Körfəz və Asiya-Sakit Okean ölkələrində yeni bazarlara çıxaraq qlobal genişlənməsini sürətləndirdi. 2024-cü ildən isə Azərbaycan bazarında da təqdim olunmağa başlayır.
Brendin Azərbaycan bazarında distribütoru “Aztech Autohouse” MMC-dir. Məlum olduğu kimi, şirkət “SR Group Co” MMC-yə məxsusdur.
Xatırladaq ki, “SR GROUP” MMC müxtəlif sektorlarda müxtəlif uğurlu biznes sahələrinə sahibdir və 1996-cı ildən avtomobil sektorunda böyük təcrübəyə malikdir. Son illərdə holdinqə məxsus şirkətlərin ölkəmizə gətirdiyi brendlərin sayının artdığını müşahidə edirik. Çox keçmədən “Lynk & Co” avtomobillərinin də Azərbaycan küçələrini rəngləndirəcəyinə və böyük tələbatla qarşılanacağına heç bir şübhə yoxdur. Gedişat ölkənin avtomobil tarixinin maraqlı bir fəslini yaşayacağımızı göstərir.
Avtomobillərlə yaxından tanış olmaq, sınaq sürüşünə yazılmaq üçün “Lynk & Co” Azərbaycan rəsmi satış mərkəzinə yaxınlaşın.
“Lynk & Co” brendi haqqında daha ətraflı məlumatı əldə etmək üçün ziyarət edin www.lynkco.com
Ünvan: Əhməd Rəcəbli 40 B
Əlaqə: *5544
Web: www.lynkco.az
“Lynk & Co” haqqında:
2016-cı ildə qurulan “LYNK & CO”, “Geely Auto Group” və “Volvo Car Group” arasında ortaq bir müəssisə olaraq qurulan qlobal bir avtomobil markasıdır. “Lynk & Co”, yeni nəsil açıq şəhər sakinləri üçün yaradılan “yeni Premium” bazarda yer alır. Brendin “avtomobildən kənarda düşünmək” missiyasından sonra “Lynk & Co” innovativ dizayn, qabaqcıl texnologiya, yeni təcrübə və yeni dinamik enerjini birləşdirərək müştərilərə dəyərli təcrübə təqdim etməyi hədəfləyir. Qlobal, Açıq və bir-biri ilə əlaqəli anadan olan marka, insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq bir platforma yaratmaq istəyir.
Əlaqə: LynkCo.me@lynkco.com