Bakı Dövlət Sirki ikiillik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.
Bildirilib ki, oktyabrın 24-də Su İdman Sarayının yaxınlığında qurulan Avropanın ən böyük şapito sirk arenasında Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.
Builki mövsümün proqramı zənginliyi və rəngarəngliyi ilə diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş peşəkar artistlərin iştirakı ilə təqdim olunan çıxışlar tamaşaçılarda unudulmaz təəssürat yaradır.
Bu məqsədlə də Bakı Dövlət Sirki bütün paytaxt sakinlərini və şəhərin qonaqlarını bu möhtəşəm şounu izləməyə dəvət edir.
Biletlərini iticket.az saytından əldə edə biləcəyiniz bu heyrətamiz şounu qaçırmayın. (https://iticket.az/en/events/circus/stars-of-the-big-circus)
Məkan: Səbai rayonu, Bulvar ərazisi, Su İdman Sarayının yanı, Akademik Ə. Yaqubov küçəsi 15.