"Konqo və müstəmləkəçilik mürəkkəb mövzudur, yəqin ki, digər müstəmləkəçilik formalarından da daha çətindir. Niyə? Çünki Konqo, coğrafi mövqeyi və təbii sərvətləri baxımından, şübhəsiz ki, Afrikanın açar ölkəsidir. Frants Fanon Konqonu "Afrikanın tətik nöqtəsi" adlandırmışdı. Bu o deməkdir ki, Konqoda baş verən hər bir hadisə bütün qitəyə, bəlkə də dünyaya təsir göstərir".
Oxu.Az xəbər verir ki, bunu "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda aparılan müzakirə zamanı Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun deyib.
O bildirib ki, əgər Konqo təkrar ayağa qalxarsa, bütün Afrika yeni bir dövrə qədəm qoyacaq:
"Bu fikir Konqolu general - general Coşua Nkombenin bir kitabından götürdüyüm cümlənin qısa məzmunudur. O yazırdı: "Müstəmləkəçilik Konqo torpağının həyatını əlindən alıb, amma yeni nəsil gələcəyi səpməyə hazırlaşır. Gəlin bir olaq, çünki Konqonun oyanışı Afrikanın oyanışı olacaq".
Biz doğrudanmı Belçikanın Konqo, Ruanda və Burundi üzərindəki müstəmləkəçiliyinin nə olduğunu bilirik? Bax, bu gün məhz bunu müzakirə edəcəyik".
Aygün Mirakif