"Baku Medical Plaza" şəbəkəsinin tanınmış həkimlərindən olan Günay Məmmədbəyli, ABŞ-də keçirilən beynəlxalq "Gynecology and Women's Health" konfransında ölkəmizi təmsil edib. Konfrans dünyanın müxtəlif ölkələrindən tibb mütəxəssislərini bir araya gətirərək, qadın sağlamlığı və ginekologiya sahəsindəki yenilikləri və qabaqcıl təcrübələri müzakirə etmək məqsədi daşıyır.
Bu prestijli tədbirdə "Baku Medical Plaza"nın Babək filialının cərrah mama-ginekoloqu Günay Məmmədbəyli tərəfindən aparılan təqdimat, Azərbaycan səhiyyəsinin qadın sağlamlığı sahəsində əldə etdiyi nailiyyətləri, eyni zamanda ölkəmizdə qadın xəstəliklərinin profilaktikası və müalicəsi üzrə tətbiq edilən yeni metodları özündə əks etdirib. Onun təqdimatı iştirakçılar arasında böyük maraq doğurub və qadın sağlamlığının qorunmasına dair innovativ yanaşmalarla bağlı müzakirələrə yol açıb.
Həkimin çıxışı zamanı o, həmçinin Azərbaycanın səhiyyə sisteminin inkişafı və beynəlxalq əməkdaşlıqların əhəmiyyətinə də toxunub, bu cür konfransların bilik və təcrübə mübadiləsindəki rolunu vurğulayıb.
Konfransda iştirak Azərbaycan səhiyyə sisteminin qlobal səviyyədə tanınması və qadın sağlamlığı sahəsində qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsi üçün mühüm addım hesab olunur. Bu uğurlu təmsilçilik, Azərbaycanın dünya səhiyyəsindəki mövqeyini daha da gücləndirir.
Rəylər