Artıq 20 ildir ki, “İnfiniti” brendini Azərbaycanda uğurla təmsil edən “Nurgün Motors” tam yeni “İnfiniti QX55” avtomobilinin təqdimatını həyata keçirib.
36 ildən çox tarixə sahib “İnfiniti” brendi “Nissan Motor Company”nin lüks markasıdır. Marka 1985-ci ildə “Nissan” çətiri və özəl dizaynerlər, mühəndislər qrupu olan “Nissan's Horizon Task Force” rəhbərliyi altında istehsala başlayıb.
“INFINITI” avtomobil brendi dünyaya ən yeni “QX55” modelini təqdim etməkdədir. Bu yeni kupe-krossoveri “INFINITI” markası tarixinin ən böyük əfsanəsi hesab olunan “INFINITI FX” modelinin varisi və davamçısı adlandırmaq olar. Zamanında FX modeli krossover seqmentinin qaydalarını dəyişərək az qala 20 il ərzində rəqibsiz avtomobil olmuş və “INFINITI” markasının dünyadakı nüfuzuna xüsusi töhfə vermişdir. Keçmiş illərin FX-ni və hazırkı QX55 modellərini bir çox şeylər birləşdirir. Bunlardan ən əsası isə maşının bütün perimetri boyu xətləri, cizgiləri və ümumi görünüşüdür.
“INFINITI” prezidenti Peyman Karqar “QX55” modeli haqda danışarkən bu ifadəni işlətmişdir: “Bu avtomobil kölgədə gizlənmək üçün yaranmamışdır. O, özünə kifayət qədər diqqət cəlb edərək, sürücü və sərnişinlər üçün ideal komfort bəxş edəcəkdir. Bu doğrudan da forma və mahiyyətin unikal birləşməsidir”.
Avtomobil, son dövrlərdə artıq məşhurlaşmış, dəyişkən sıxlıq səviyyəli VC-Turbo mühərriki ilə təchiz olunmuşdur. Bu mühərrik düşən yükdən asılı olaraq sıxlığın səviyyəsini sərbəst şəkildə tənzimləməklə avtomobilin dinamik sürüş keyfiyyətini artırır və eyni zamanda yanacaq sərfiyyatının effektivliyini təmin edir. Azərbaycan bazarına təqdim olunan avtomobil 2.0 litr həcmli, 249 at gücü və 380 NM fırlanma anına malik mühərriklə təchiz olunmuşdur. Bu mühərrik “İntelligent-All Wheel Drive” adlanan tamötürücülü ağıllı sürətlər qutusu ilə birlikdə çalışır. Müxtəlif sürüş modlarını – “Eco”, “Sport” və “Standart” rejimlərini seçməklə avtomobilin dinamikliyini və sürüş keyfiyyətini özünə uyğun dəyişmək mümkündür.
Qeyd edək ki, “Nurgün Motors” Azərbaycan bazarında “INFINITI” markalı avtomobillərin rəsmi distribütorudur. Şirkət “INFINITI” markalı avtomobillərin satışı, satışdan sonrakı zəmanət və texniki servis, həmçinin pərakəndə və topdan ehtiyat hissələrinin satışı ilə məşğul olur. Şirkətimizdən alınan bütün avtomobillərə 5 il 155 000 km rəsmi zəmanət verilir.
Ünvan : Bakı şəhəri, Babək pr31
Əlaqə: 012 934