Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Azərbaycanlı gənc beynəlxalq şirkətdə yüksək vəzifəyə təyin olundu](https://images.oxu.az/2025/02/06/RfsjXacX1OpBakTjoxk7EXGjc6OSrBbey4RBglU3:1200.jpg)
Azərbaycanlı gənc beynəlxalq şirkətdə yüksək vəzifəyə təyin olundu
Azərbaycanlı gənc Elnur Əliyev "Franklin Offshore International" şirkətində region üzrə direktor vəzifəsinə təyin olunub.
Oxu.Az xəbər verir ki, o, bu vəzifəyə təyin edilməklə yanaşı, holdinqin Müşahidə Şurasında da mövqeyə sahib olub.
Xatırladaq ki, "Franklin Offshore International" şirkəti 1984-cü ildə yaranıb. Şirkət dəniz və okeanlarda aparılan tikinti və mühəndislik xidmətləri üzrə dünyada aparıcı olan müəssisələrdən biridir. Şirkətin əsas istiqamətlərindən biri də gəmilərin tikintisi və təmiri xidmətləridir.
Qeyd edək ki, Elnur Əliyev 2011-2015-ci illərdə "Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası"nı Hüquqşünaslıq və İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticələrlə başa vurub. Daha sonra isə Birləşmiş Krallıqda yerləşən "University of Edinburgh" Universitetində magistr təhsili alıb.
Ailəlidir və bir övladı var.
Məlumat üçün qeyd edək ki, E.Əliyevin bu vəzifəyə təyin edilməsi onun dünyada gənc mütəxəssislər arasında daha da tanınmasına səbəb olacaq.
Rəylər