Gənc ifaçı Rauf Kingsley bahalı həyat tərzi ilə seçilir.
Yeni mahnı “6AM”-i Pasterlə birlikdə ifa edən sənətçi Raufun “Fatehin divanı” verilişindəki geyimi barədə “25trend” səhifəsi məlumat dərc edib.
Məlum olub ki, Rauf bu görünüşünə 20 min manatdan çox pul xərcləyib. Ən çox pul isə Raufun aksesuarlarına xəsrclənib. İfaçı “Tiffany” brendinin sırğası, üzüyü və boyunbağına 12 min 500 manatdan çox pul xərcləyib.
“Diesel” brendinə məxsus şalvar 500 AZN-dir. Ayaqqabılar “Nike Air Force 1”a məxsusdur və 410 manatdır. Əynindəki gödəkcə “Undercover” markasıdır, qiyməti 4 min manatdır. “Les Benjamins”dən olan eynəyi 380 AZN, ayağına bağladığı “Burbery”yə aid bandana isə 1000 manatdır.