Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlıların qurucusu olduğu "Corpowid" Türkiyədə mükafat qazandı
Dünyada ən yaxşı universitet inkubasiya mərkəzi seçilən İstanbul Teknik Universiteti (İTÜ) "Arı Teknokent" tərəfindən təşkil edilmiş ənənəvi "BigBang Startup Challange" yarışında azərbaycanlıların qurucusu olduğu "Corpowid" Rəqəmsal Müyəssərlik Həlləri şirkəti 7 400-dən artıq startap arasından seçilərək 50 şirkətin təmsil olunduğu böyük finala vəsiqə qazanıb.
Finalda Türkiyənin ən böyük holdinqləri qarşısında çıxış edən şirkətin təqdim etdiyi innovativ həllər böyük maraqla qarşılanıb. Nəticədə ən çox dəstək alan 7-ci startap seçilən "Corpowid" 2 milyon Türk Lirəsindən artıq nağd pul və mükafatlar qazanıb. Qeyd etmək lazımdır ki, ötən il bu mötəbər müsabiqənin finalına çıxmış 40 startap 2024-cü il ərzində 392 milyon ABŞ dolları bazar dəyəri ilə 71 milyon ABŞ dolları investisiya alıb.
"Corpowid" rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startap şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96%-i əlçatan deyil. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.
"Corpowid" fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu "IDDA Awards"da "İlin kəşfi" nominasiyasında qalib olmuş və "Netty 2024" Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanıb.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
- "AccessBank" Daxili Sənəd Dövriyyəsini "SİMA İmza" ilə rəqəmsallaşdırdı
- "SİMA İmza" Xalq Bankın internet bankçılıq sisteminə inteqrasiya edildi
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni təyinat olub
Rəylər