Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Azercell"in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olunub
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində "Bahar Düşərgəsi" təşkil olunub. "Azercell"in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir.
İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar da təşkil olunub.
"Azercell" 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.
"Azercell Telekom" teqi üzrə xəbərlər
- Magistratura imtahanının nəticələri elan olundu
- "Azercell"in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2025" baş tutdu
- "Azercell" və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə akademiya-sənaye görüşü keçirilib
- "Bakı Marafonu 2025": Emosiyalarla dolu yarış - Maraqlı anların FOTOLARI
- "Azercell" "ADA Employability Week 2025" təşəbbüsünə qatılıb