Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Azercell" məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib
Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirib.
"Azercell"in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüş baş tutub.
Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.
Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olunub.
Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışıb. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüb.
Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndirib, ədəbiyyat barədə düşüncələrini bölüşüblər.
"Azercell Telekom" teqi üzrə xəbərlər
- "Azercell" "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə dəstək verir
- "Azercell" mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
- "HONOR Magic7 Pro" smartfonu artıq satışda
- "Azercell"in eksklüziv 100 seriyalı nömrələri artıq satışda
- "Akart" və "Solong" Beynəlxalq Qadınlar Günündə elektron musiqi həvəskarlarını bir araya gətirir