Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev Roma Papasına təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Tacqoyma Gününüz münasibətilə sizə və sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.
Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə sizə minnətdaram.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək.
Bu xoş gündə sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib
- İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb
- Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb
- Maliyyə nazirinə yeni vəzifələr verildi - SƏRƏNCAM
- Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək - FƏRMAN