Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Azercell" süni zəka texnologiyasına əsaslanan "AI Chat Bot" xidmətini təqdim edib
Azərbaycanın lider mobil operatoru "Azercell" yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır. Şirkət "Azercell" mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ "AI Chat Bot" həllini istifadəyə verir.
Bu gündən etibarən "AI Chat Bot" tətbiqin "Chat" bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda "AI Chat Bot" yalnız "Android" platformasında mövcuddur, lakin tezliklə "iOS" istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.
Yeni xidmətin üstünlükləri:
· Müştəri sorğularını ani emal edir;
· Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
· Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.
Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.
Qeyd edək ki, "Azercell" ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti - "Aicell"i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən "AiCell" ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.
Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir.
Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.
"Azercell" tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell" abunəçilərinin nəzərinə!
- "Azercell"in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib
- "Azercell" ilə "Kinon Plus"dan 7 gün pulsuz istifadə imkanı!
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
- Fakturalı xətt istifadəçisi xaricdə 548 manatlıq borca düşüb?
Rəylər