Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon manat vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.
2025-ci ildə "Azərlotereya"nın satışdan gəlirləri 373.70 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73.9 milyon manat təşkil edib.
2025-ci il ərzində şirkət 4.8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44.6 milyon manatdan 49.4 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya"nın 2025-ci ilin sonu cəmi aktivləri 130.4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115.1 milyon manat olub.
"Azərlotereya"nın cəmi kapitalı 31 faiz artaraq 50.7 milyon manata çatıb. Hesabatla daha ətraflı "Azərlotereya"nın saytından tanış ola bilərsiniz.
