Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AzInTelecom və AzQAC Qarabağda "Məktəbə Qayıdış" aksiyası keçirdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyata keçirib.
"Məktəbə Qayıdış" adlanan aksiya Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baş tutub. Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbə və kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edilib.
Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətilə şagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.
"AzInTelecom" teqi üzrə xəbərlər
- "AzInTelecom" Kosmik Texnologiyalar Konfransında iştirak edir
- "SİMA KYC Videoyazı" həlli istifadəyə verildi
- "SİMA İmza" "Dostbank" mobil tətbiqinə inteqrasiya edilib
- Trans-Xəzər Fiber-optik Kabel Xəttinin tikintisinə dair mühüm sənəd imzalanıb
- "Azəristiliktəchizat" İT sistemlərini "Hökumət buludu"na köçürüb
Ən çox oxunanlar