31 il sonra işğaldan azad edilmiş Laçında bu ilin sentyabr ayında ilk zəng çalındı və 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verildi. İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərində “Aztech” şirkətinin də payı olsun deyə, 2 saylı orta məktəbi kompüter avadanlığı ilə təmənnasız olaraq tam şəkildə təchiz etdi. Belə ki, “Lenovo” brendinə məxsus yeni nəsil 30 ədəd notbuk Laçındakı məktəbə 01.11.2023-cü il tarixində hədiyyə edildi.
“Aztech” şirkəti hədiyyələrini budəfəki ünvana - doğma Laçına məhz özləri gətirmişdilər. Tədbirdə şirkətin rəhbərliyi, məktəbin məsul rəhbər şəxsləri və Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin səlahiyyətli şəxsi iştirak edirdilər. Məktəb şagirdləri notbukları elə yerindəcə sınayıb, müxtəlif proqramlarda işlədilər.

İşğaldan azad olunmuş torpaqlarda bu “Aztech” şirkətinin sosial məsuliyyətyönümlü ilk layihəsidir, davamı mütləq olacaqdır. Ümid edirik ki, nəinki Laçında, işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə digər yeni tədris ocaqları, mədəniyyət və gənclər mərkəzləri istifadəyə veriləcək. Doğma torpaqlarda daima sülh və firəvanlıq bərqərar olacaqdır!
:640.jpg)