"Bakcell"in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001" avtomobilinin qalibi bəlli olub. Həftəlik tirajın nəticələrinə əsasən, beşinci lüks avtomobilin qalibi Sevda Əsədovadır. Qeyd edək ki, Sevda Əsədova lotereyada 1 AZN-lik şans paketini alaraq qalib olub.
Oxu.Az xəbər verir ki, lotereya çərçivəsində süni intellekt vasitəsilə hər gün "iPhone 17", hər həftə isə "Zeekr 001" avtomobilinin qalibləri seçilir. Lotereya 31 dekabr tarixinədək davam edəcək. Növbəti həftələrdə daha 8 "Zeekr 001" avtomobilinin qalibləri məlum olacaq.
Lotereyada qalib gəlmək üçün sadəcə "Şans" paketlərini əldə etmək kifayətdir:
• 1 AZN-lik "Şans" paketi - 3 şans - *3#YES
• 5 AZN-lik "Şans" paketi - 25 şans - *25#YES
"Şans" paketləri "Bakcell" abunəçilərinə həm lotereyada iştirak haqqı, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır.
Ətraflı məlumat üçün: lotereya.bakcell.com