Lotereyada doqquzuncu lüks avtomobilin açarları təqdim edilib.
Oxu.Az xəbər verir ki, "Bakcell"in meqa lotereyasında növbəti həftəlik tirajın qalibi müəyyənləşib. Doqquzuncu "Zeekr 001" avtomobilinin sahibi Leyla Fətəliyeva olub.
Lotereya çərçivəsində hər həftə yeni avtomobil qalibləri, hər gün isə "iPhone 17" sahibləri müəyyənləşir. Qarşıdakı həftələrdə əlavə dörd "Zeekr 001" avtomobili, final tirajında isə uzun müddətdir gözlənilən "Porsche Cayenne" qaliblərinə təqdim olunacaq.
Abunəçilər "Şans" paketləri vasitəsilə udma şanslarını artırmaq imkanına malikdirlər:
- 1 AZN-lik "Şans" paketi - 3 şans - *3#YES;
- 5 AZN-lik "Şans" paketi - 25 şans -*25#YES.
Lotereyada "Şans" paketləri abunəçilərə lotereyada iştirak haqqı və şəbəkədaxili danışıq dəqiqələri qazandırır.
Ətraflı məlumat üçün: lotereya.bakcell.com