Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı və Gəncədə yaşayan abituriyentlərə və onların valideynlərinə ŞAD XƏBƏR
Təhsil sistemində keyfiyyət və effektivliyə daim önəm verən Kaspi Təhsil Şirkəti illərin pedaqoji təcrübəsinə və elmi araşdırmalara əsaslanaraq, Kaspi Liseylərinin nəzdində Kaspi Abituriyent Məktəblərini yaradıb. Bu yeni və innovativ layihə universitetə qəbul imtahanlarına hazırlıqda ən müasir yanaşmaları və öyrənmə modellərini özündə birləşdirən unikal bir sistemdir.
Kaspi Abituriyent Məktəbi IX, X və XI sinif şagirdləri üçün hazırlanmış xüsusi tədris proqramı ilə abituriyent hazırlığına tamamilə fərqli və yenilikçi bir yanaşma gətirir.
Kaspi Abituriyent Məktəbi nədir?
Kaspi Abituriyent Məktəbi IX, X və XI sinif şagirdləri üçün ixtisas qruplarına əsaslanan təmayüllü bir məktəbdir. Burada şagirdlər universitetlərə qəbul imtahanlarına - Buraxılış və blok imtahanlarına effektiv hazırlıq keçirlər. Bu sistemin ən mühüm üstünlüyü kompleks hazırlıq metodikasının tətbiq olunmasıdır - yəni şagirdlər dərs və əlavə hazırlıq kursları arasında vaxt itirmədən, vahid bir sistemdə maksimum effektivliklə hazırlaşırlar.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev yeni model haqqında məlumat verib:
"Günümüzdə universitetə qəbul imtahanlarına hazırlaşan şagirdlər və onların valideynləri üçün düzgün təhsil modelinin seçilməsi mühüm bir məsələdir. Hər bir valideyn övladının təhlükəsiz, keyfiyyətli və məqsədyönlü bir mühitdə təhsil almasını, onun akademik inkişafına və imtahanlarda uğur qazanmasına dəstək olan sistemli bir hazırlıq proqramında iştirak etməsini arzulayır. Bu ehtiyacı qarşılamaq və universitetə qəbul hazırlığını sistemli, ardıcıl və effektiv şəkildə həyata keçirmək üçün Kaspi Liseyinin yeni layihəsi olaraq, sizlərə Kaspi Abituriyent Məktəbini təqdim edirik. Bu, ənənəvi məktəb və hazırlıq kurslarının ən yaxşı xüsusiyyətlərini birləşdirən unikal bir tədris modelidir".
Niyə Kaspi Abituriyent Məktəbini seçməlisiniz?
Kaspi Abituriyent Məktəbi yalnız hazırlıq kursu deyil, eyni zamanda şagirdlərə tam orta təhsil verməklə onların tədrisə yanaşmasını kökündən dəyişən bir sistemdir.
· Yerli ATTESTAT - tam orta təhsil haqqında Dövlət Sənədi təqdim edilir.
· Kurs əsaslı Hazırlıq Məktəbi olduğumuza görə əlavə hazırlığa ehtiyac yoxdur.
· Təhsil haqqı optimaldır, valideynlər üçün sərfəli ödəniş imkanları var.
· Ödənişlər hissə-hissə, aylıq şəkildə həyata keçirilə bilər.
· Əlavə güzəştlər və endirim kampaniyaları tətbiq edilir.
· Şagirdlər Buraxılış (V ixtisas qrupu) və Blok (I, II, III, IV ixtisas qrupları) imtahanlarına effektiv hazırlaşırlar.
· Hər fənn üzrə dərs saatları maksimaldır - həftədə 25+ saat intensiv hazırlıq keçirilir.
· İnnovativ tədris metodları və zəngin resurslar şagirdlər üçün öyrənmə prosesini daha maraqlı edir.
· Tədris ili ərzində hər ay sınaq imtahanları keçirilir, nəticələr analiz edilir və valideynlərə təqdim olunur.
· "Tədrisin Onlayn İdarəetmə Sistemi" (TOİS) vasitəsilə valideynlər övladlarının akademik inkişafını izləyə bilirlər.
· Şagirdlərin təhlükəsizliyi 24 saat çalışan mühafizəçilər və müşahidə kameraları vasitəsilə təmin edilir.
· Peşəkar, təcrübəli və tələbkar müəllim heyəti ilə yüksək nəticələr əldə edilir.
· İnzibati heyət şagirdlərin davamiyyəti, nizam-intizamı və dərs hazırlıqlarını nəzarətdə saxlayır.
· Şagirdlərə mentor və psixoloq xidməti göstərilir - bu yanaşma onların psixoloji və akademik inkişafına müsbət təsir edir.
· Şagirdlər üçün ixtisas qruplarına uyğun sosial və mədəni fəaliyyətlər təşkil edilir.
· Valideynlər üçün öyrədici və maarifləndirici seminarlar və təlimlər keçirilir.
· Dövlət İmtahan Mərkəzi (DİM) qeydiyyat, ixtisas seçimi və kodlaşdırma prosesində valideynlərə və şagirdlərə mütəxəssis dəstəyi verilir.
Akademik hazırlıq modelimiz nə ilə fərqlənir?
· İxtisaslaşmış proqram - şagirdlər ixtisas qruplarına uyğun xüsusi dərs proqramı ilə hazırlıq keçirlər.
· Davamlı qiymətləndirmə - sınaq imtahanları və fərdi analizlər nəticəsində şagirdlərin zəif tərəfləri müəyyənləşdirilir və inkişaf etdirilir.
· İnteraktiv dərslər - müasir texnologiyalar və interaktiv tədris metodlarından istifadə olunur.
· Mentor və psixoloq dəstəyi - şagirdlərin motivasiyasını artırmaq və psixoloji rahatlıqlarını təmin etmək üçün xüsusi proqramlar tətbiq olunur.
· Uğura zəmanət - şagirdlərə təkcə bilik öyrədilmir, onlara imtahan strategiyaları, vaxtın idarə edilməsi və effektiv öyrənmə metodları da aşılanır.
Kaspi Abituriyent Məktəbinə asan və rahat qeydiyyat imkanları mövcuddur. Aşağıdakı Məktəblərimizə müraciət edə bilərsiniz və eləcə də onlayn qeydiyyat mümkündür:
· Əhmədli Tədris Korpusu
Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
Əlaqə nömrəsi: (012) 370 74 05; (070) 370 74 05
· Gəncə Tədris Korpusu
Ünvan: Azərbaycan bayrağı küçəsi, 124 (Gəncə Dövlət Universitetinin 2-ci Korpusunun yanı)
Əlaqə nömrəsi: (070) 276 01 81
· Onlayn qeydiyyat üçün link:
https://kaspiapp.az/student-register
Kaspi Abituriyent Məktəbinə qəbul imtahanı 18 may 2025-ci il tarixində keçiriləcəkdir. Qəbul imtahanına qatılmaq üçün Biletləri yuxarıda qeyd etdiyimiz ünvanlardan əldə etmək olar. Eləcə də biletləri daha sürətli və rahat əldə etmək üçün aşağıdakı linkə daxil olaraq, qeydiyyat formasını doldurun:
Kaspi Abituriyent Məktəbi - universitetə hazırlığın yeni modelidir!
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Martın 9-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
- Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı UZADILDI
- Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatacaq
- Azərbaycanda buraxılış imtahanı keçirilib - Nəticələrin elan olunacağı vaxt açıqlanıb
- Xocalı, Xankəndi, Şuşa və Susda ilk dəfə buraxılış imtahanı keçiriləcək