Yubiley münasibətilə elektronika və məişət texnikası mağazaları şəbəkəsi yeni kampaniya elan edir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan “Baku Electronics” mağazalar şəbəkəsi bu il 25 illiyini qeyd edir. Yubiley münasibətilə “Baku Electronics” hər kəsə hədiyyə olaraq xüsusi kampaniyasını təqdim edir.
Aprel ayı ərzində “Baku Electronics”in bütün filiallarında alıcılar müvafiq əşyanı ilkin ödəniş etmədən 25 aylıq hissə-hissə ödənişlərlə ala bilər. Bu, yeni smartfon, noutbuk, televizor və ya soyuducuya sahib olmaq üçün gözəl fürsətdir. Ödənişləri 25 ay boyunca edəcəyiniz üçün bu, bir o qədər gözəgörünməz olacaq və sizin maddi vəziyyətinizə təsir etməyəcək.
“Baku Electronics”in tarixi 1994-cü ildə ilk elektronika və məişət texnikası mağazasının açılması ilə başladı. Çoxlu məhsul çeşidlərinə sahib olan mağaza qısa müddətdə məşhurluq qazandı.
Son illər “Baku Electronics”in uğurlu fəaliyyəti nəticəsində o, elektronika və məişət texnikası sahəsində ixtisaslaşmış şəbəkəyə çevrilərək son texnologiyanın ilk ünvanı olub.
Alıcılar üçün “Baku Electronics” hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə edir. Çünki şirkət “Samsung”, “LG, Bosch”, “Sony”, “Apple”, “Huawei”, “Tefal”, “Rowenta”, “Panasonic”, “Acer”, “Philips”, “Lenovo”, “Kenwood”, “Braun”, “Delonghi”, “VMF”, “Schaub Lorenz”, “Whirpool” kimi dünya markalarının rəsmi distribütorudur. 2018-ci ildə “Baku Electronics” Nərimanov rayonunda yerləşən Hipermarket filialı ilə yanaşı, “İnşaatçılar” və “Azadlıq” filiallarında yeni bir konsepsiya təqdim etdi: ev əşyaları. Qab-qacaq və büllur, yataq dəstləri və hamam aksesuarları, tavalar və qazanlar - bir sözlə, eviniz üçün hər şey.
Hazırda “Baku Electronics”in 14 mağazası fəaliyyət göstərir. Bunlardan altısı Bakı şəhərində, digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdədir. 2019-cu ildə yeni filialların açılışı nəzərdə tutulur.
Qeyd edək ki, 19 aprel tarixində “Nəriman Nərimanv“” metrostansiyasının çıxışında ümumi sahəsi 3500 kvadratmetr olan üç mərtəbəli “Baku Electronics” hipermarketinin açılışının bir illiyi qeyd olunacaq. Bu, təkcə ölkənin deyil, həm də Qafqazın ən böyük elektronika və məişət texnikası mağazalarından biridir.
www.bakuelectronics.az
www.facebook.com/pg/Baku.Electronics.MMC
https://www.instagram.com/baku.electronics.home/
https://www.instagram.com/baku.electronics.mmc/