"BakuBus" ailəsi illərlə paytaxt sakinlərinə təhlükəsiz, məsuliyyətli və peşəkar şəkildə xidmət göstərmiş və təqaüdə çıxan sürücülər - Rəsul Rəsulov, Vaqif Gözəlov, Zahir Aslanov, Heydər Nağıyev, Qafar Əzizov, Sahib Həsənov, Binnət Yusubov və Əlizamin Xudiyevlə minnətdarlıqla vidalaşıb.
Tədbir zamanı "BakuBus" MMC-nin rəhbərliyi sürücülərin uzun illər ərzində göstərdikləri fədakar əməyə, məsuliyyətli xidmətə və şirkətin inkişafına verdikləri töhfələrə görə təşəkkür edib.
Mərasimin ən duyğulu anlarından biri isə sürücülərin ailə üzvlərinin onlara ünvanladıqları səmimi ürək sözləri və arzularla dolu çıxışlar olub.
Onların zəhməti və peşəkarlığı sayəsində minlərlə sərnişin hər gün rahat və vaxtında mənzil başına çatıb.
"BakuBus" ailəsi olaraq, bu yolda bizimlə çiyin-çiyinə addımlayan bütün sürücülərimizə dərin minnətdarlığımızı bildirir, yeni həyat mərhələlərində onlara uğurlar arzulayırıq.
