Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Bank BTB"də sərfəli şərtlərlə "Müddətli əmanət" kampaniyası
"Bank BTB" fiziki şəxslərə vəsaitlərinin uzunmüddətli saxlanılması və qorunması məqsədilə əmanət şərtlərini yeniləyərək sərfəli şərtlərlə "Müddətli əmanət" kampaniyasına başlayıb. Belə ki, indi müştərilər manat valyutalı əmanətlərini "Bank BTB"də saxlamaqla faizləri aylıq götürmək şərtilə 18 ay müddətinə illik 11.5%-lə və ya 24 ay müddətinə illik 11.7%-lə əldə edə bilərlər. Qeyd edək ki, bu halda faiz gəlirlərindən vergi tutulmur. Həmçinin, 100 000 AZN-dək əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır.
Əmanətin açılması üçün minimal məbləğ 100 AZN təşkil edir. "Müddətli əmanət" kampaniyasından yararlanmaq istəyən hər bir müştəri "Bank BTB"nin xidmət nöqtələrinə müraciət edə bilər.
Həmçinin, bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan "Facebook" (www.facebook.com/bankbtb) və "Instagram" (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də (+994 55) 300-09-46 "WhatsApp" (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bununla yanaşı, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Rəylər