Bu gün xalqımız 26 İyun - Silahlı Qüvvələr Gününü işğaldan azad olunmuş torpaqlarımızda şərəf və qürur hissiylə qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tarix yazdı. Bu tarixin hər səhifəsinə isə şəhidlərimizin və qazilərimizin adları qızıl hərflərlə yazıldı.
Oxu.Az xəbər verir ki, “166 Yükdaşıma və Logistika” və “156 Evakuasiya” şirkəti bu gün münasibəti ilə 44 günlük vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda vuruşan qazi əməkdaşları ilə görüş keçirib. Tədbirdə həmçinin “156 Evakuasiya” xidmətinin əməkdaşı olmuş şəhid Murad Məmmədovun qardaşı iştirak edib. Şirkət rəhbərliyi onları daim diqqətdə saxladığını bildirərək, bayram münasibəti ilə qaziləri təbrik edib. Qazilər isə öz növbəsində göstərilən diqqət və qayğı üçün təşəkkürlərini bildiriblər.
Sözügedən gündən görüntüləri təqdim edirik: