Ölkənin bank sektorunun ən öndə gedən mobil tətbiqi olan BirBank daha bir yeniliklə istifadəçiləri sevindirməyə hazırlaşır.
Bir neçə gün əvvəl eyni anda 1 milyondan çox BirBank istifadəçisi bildiriş aldı. Bildirişdə istifadəçilərə “Həyatında #BiriVar” deyə mənası tam anlaşılmayan cümlə yer alır.
BirBank-ın atdığı bu addım sosial mediada geniş rezonans doğurub. İzləyicilər öz təxminlərini paylaşır, sirri açmağa çalışırlar. Biri dedikdə kim nəzərdə tutulur? Yeni bir sima? Bunları hələ ki, bilmirik. Açıqlamaya görə, yaxın zamanda bütün bu suallara aydınlıq gətiriləcək.