Missiyası müştərilərinə keyfiyyətlə, sərfəli qiymətlərlə və bol çeşidli məhsul seçimi ilə xidmət göstərərək onlara unikal alış-veriş təcrübəsi təqdim etmək olan “Bravo” qürurla bildirir ki, onlara daha yaxın olmaq üçün xidmət dairəsini böyütməkdə davam edir. Noyabr ayında “Bravo” daha üç yeni mağazasını alıcılarının ixtiyarına verib:
9 noyabr - Mərdəkan qəs., Buzovna-Mərdəkan yolu;
16 noyabr - Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 59 A;
30 Noyabr - Qala qəs., 3 nömrəli Zeytun Sovxozunun ərazisi.
Aşağı qiymətləri, yüksək keyfiyyətli məhsulları ilə tanınan “Bravo” marketlər şəbəkəsi müştərilərinə yeni alış-veriş təcrübəsi qazandırdı.
Yerli və dünyanın dörd bir tərəfindən gətirilən təzə, təravətli qida, keyfiyyətli qeyri-qida malları, daim yenilənən zəngin çeşidi, əla qiymətləri, xüsusi təklifləri, promo kampaniyaları ilə xidmətinizdə olan “Bravo” dekabr ayında da 5 yeni mağazası ilə 3 yeni regionda müştərilərini qarşılamağa hazırlaşır.
Daha ətraflı məlumat üçün sosial şəbəkə hesablarını izləməyiniz tövsiyə olunur:
https://www.facebook.com/BravoSupermarketAz/