Böyük şəhərin ritmində bəzən sadəcə bir az yavaşlamağa ehtiyac olur. Bakıda fəaliyyət göstərən lokal brend "Cafe Botanist" təbiətdən ilham alan konsepti, yaşıllıqla əhatə olunan interyeri və rahat atmosferi ilə şəhərin səs-küyünə qısa bir fasilə verir.
Məkan şəhərin mərkəzində müxtəlif səhər yeməyi çeşidləri, xüsusi qəhvə növləri, təzə hazırlanmış yeməklər və desertləri ilə günün istənilən saatında zövqlü vaxt keçirmək istəyənlər üçün ideal seçimdir. İstər dostlarla görüş, istər ailəvi istirahət, istərsə də iş görüşü üçün "Cafe Botanist" hər zövqə uyğun mühit yaradır.
"Caspian Plaza" filialı geniş menyusu, şəhər mənzərəsi və iki nəfərlik xüsusi səhər yeməyi seti ilə fərqlənir. İş günlərində təqdim olunan biznes lanç menyusu bu filialı ofis əməkdaşları və biznes görüşləri üçün də əlverişli seçimə çevirir. Burada körpəli ailələrin rahatlığı üçün xüsusi qayğı otağı yaradılıb ki, bu da şəhərdəki iaşə məkanlarında nadir rast gəlinən üstünlüklərdən biridir. Bundan əlavə, terrarium konseptli xüsusi iş zonası sakit mühitdə işləmək, görüşlər keçirmək və ya qısa fasilələr zamanı məhsuldar vaxt keçirmək istəyənlər üçün rahat şərait yaradır. Açıq terrası isə şəhərin dinamik ritmindən qısa fasilə vermək istəyənlər üçün xoş mühit təqdim edir.
Azadlıq filialında isə İtaliya üslubunda hazırlanmış sendviçlər, müxtəlif səhər yeməyi seçimləri, təzə salatlar, desertlər, qəhvə və mövsümi içkilər təqdim olunur. Açıq terrası ilə günün istənilən saatında qısa fasilə etmək və ya dostlarla xoş vaxt keçirmək üçün ideal seçimdir.
Hər iki filialda məhsul keyfiyyətinə və xidmət mədəniyyətinə xüsusi yanaşılır. Məhz buna görə "Cafe Botanist" həm Bakı sakinlərinin, həm də şəhərə gələn qonaqların seçim etdiyi məkanlardan biridir. Onu fərqləndirən detallardan biri də interyerindəki bitkilərdir. Məkanı bəzəyən bitkilərin böyük hissəsi satışdadır və bəyəndiyiniz bitkini seçərək eviniz və ya ofisiniz üçün də əldə edə bilərsiniz.
Əgər Bakıda səhər yeməyi, keyfiyyətli qəhvə, rahat kafe və ya iş görüşü üçün uyğun məkan axtarırsınızsa, "Cafe Botanist" ziyarət edə biləcəyiniz ünvanlardan biridir.
Filiallar:
"Cafe Botanist" - "Caspian Plaza"
Ünvan: Zivərbəy Əhmədbəyov 86
"Caspian Plaza"nın birinci mərtəbəsi
Əlaqə: +994 51 206 20 66
Cafe Botanist - Azadlıq
Ünvan: Azadlıq prospekti 93A
Əlaqə: +994 10 260 20 66