“Corneliani” kişi geyimləri brendinin əsas qaydası budur: kostyum ilk növbədə ətrafdakı insanlara “qarşınızdakı insan – uğur sahibidir” mesajını ötürməlidir.
“Corneliani” geyimlərini seçən şəxs – ruhən cavan, yeni təəssüratlar axtarışında olan, həm biznesdə, həm həyatda, həm geyimdə düzgün seçimlər edən biridir.
Buna görə “Corneliani” kostyumlarının daimi alıcıları arasında rejissor Kventin Tarantino, Formula 1 pilotu Mixael Şumaxer, tenor Andrea Boçelli var.
Bu kostyumları əldə etmək üçün, düşünməyə gərək yoxdur: onların biçiminə və tikilişinə söz ola bilməz. “Corneliani” adına layiq mükəmməl pencək yaratmaq üçün, dərzilər 150 qaydaya əməl etməlidirlər ki, nəticədə, geyim bədənə ikinci dəri kimi otursun. Əks halda, hətta ən bahalı parçalar belə istənilən modeli yarada bilməz.
Məsələn, pencəyin astarı tam sərbəst hərəkətlərə yol verməsi üçün, xüsusi qanunlara əməl edərək, yaradılır, düymələr dərzilərin 100 illik qaydalarına görə tikilir, hər biçilmiş detal isə ən azı 30 dəfə buxar təzyiqi altında saxlanılır. Və bu detallar “Corneliani” brendini eksklüziv və bənzərsiz edir. “Corneliani” köynəklərinə gəldikdə isə, onlar ilkin olaraq 20-ci əsrin 30-cu illərində fərqlənməyi sevən İtaliya iş adamları üçün nəzərdə tutulmuşdular. İndiki zamanda bu köynəklər klassik üslubda, lakin müxtəlif çalarlarda yaradılırlar. Hər zaman olduğu kimi, “Corneliani”, geyim və həyat tərzlərini özləri yaradan kişilər üçün tikilir. Buna görə, “Yaz-Yay 2022” kolleksiyasından boz rəngli şalvar və nazik yundan eleqant mavi pencəyin ahəngi bu brendin həvəskarlarının zövqünü oxşayır.
Brendin geniş kolleksiyası ilə Neftçilər pr, 89 ünvanında tanış ola bilərsiniz.
Tel: +99450 503 50 90