Rejissor Kventin Tarantino və onun həyat yoldaşı, israilli müğənni Daniela Pik Təl-Əvivin şimalında 50 milyon şekel (təqribən 14 milyon dollar) dəyərində torpaq sahəsi alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Globe" mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, cütlük elit rayonda yanaşı yerləşən iki torpaq sahəsi alıb, onların ümumi sahəsi 2 200 kvadratmetrdir.
Gələcəkdə oradakı köhnə evin sökülməsi və sahələrin birləşdirilərək böyük bir evin tikilməsi planlaşdırılır.
